352ebcf7-415e-415f-b0ac-2554f68f22b8..jpg

Türkiyə KİV: “Zəngəzur dəhlizi addım-addım reallaşır”

Baxış sayı: 854 dəfə baxılıb.

Türkiyə KİV: “Zəngəzur dəhlizi addım-addım reallaşır”

Azərbaycan avtomobil və dəmir yolu daşımalarının həyata keçiriləcəyi Zəngəzur
dəhlizinin reallaşdırılması üçün öz ərazisində başladığı layihələri intensiv
şəkildə davam etdirir.

Bu barədə “TRT Haber”in hazırladığı məqalədə qeyd olunub.

Bildirilir ki, Azərbaycan Zəngəzur dəhlizi üçün çox vacib olan magistral yol
işlərinin əksəriyyətini başa çatdırıb. Horadiz, Cəbrayıl, Zəngilan və Ağbənd
arasındakı avtomobil yolunun artıq istifadəyə verilməsi üçün günlər sayılır.

Mütəxəssislər deyirlər ki, sözügedən avtomobil yolu Zəngəzur dəhlizi üçün
həyati əhəmiyyət kəsb edir.

Həmçinin qeyd edilir ki, Türkiyə ilə Azərbaycanı birləşdirəcək Zəngəzur
dəhlizi bölgənin iqtisadi və nəqliyyat əlaqələrində maneələri aradan qaldıracaq.

Zəngəzur dəhlizinin açılması sayəsində Türkiyə ilə Azərbaycan arasında yeni
kommunikasiya xətləri təmin olunacaq. Həmçinin Azərbaycan vasitəsilə Türkiyə
ilə Rusiya arasında quru və dəmir yolu inşa ediləcək.

Source link