Türkiyə klubları federasiya prezidentinin istefasını tələb edirlər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyənin əksər klubları ölkə Futbol Federasiyasının prezidenti Mehmet
Büyükekşinin istefa verməsinin tərəfdarıdırlar.
Onlar Klublar Komitəsinin bu gün gerçəkləşən iclasında fikirlərini irəli
sürüblər.
İddiaya görə, 15 klub 62 yaşlı funksionerin vəzifəsini tərk etməsini istəyib.
Qeyd edək ki, Türkiyə Super Liqasının XV turunun “Ankaragücü” – “Rizəspor”
(1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil
olaraq baş hakim Halil Umut Meleri yumruqla vurub.
Mənbə: TRT Spor