Türkiyə klubunun futbolçusu yığmamıza çağırıldı

Türkiyə klubunun futbolçusu yığmamıza çağırıldı

Baxış sayı: 9. 810 dəfə baxılıb.

Türkiyənin I divizion klubu olan “Samsunspor”un futbolçusu Üfiq Budaq Azərbaycan milli komandasına dəvət alıb.

ÇıxışYolu.Com xəbər verir ki, 28 yaşlı sol cinah müdafiəçisi martın 18-də XXVIII tur çərçivəsində “Boluspor”la oyundan sonra yığmanın düşərgəsinə qoşulacaq. 

O, martın 23-də Belarus, dörd gün sonra isə Makedoniya yığmaları ilə yoldaşlıq oyunları üçün baş məşqçi Qurban Qurbanovun sərəncamında olacaq.

Qeyd edək ki, Üfiq Budaq Robert Prosineçkinin Azərbaycan yığmasına rəhbərlik etdiyi üç il ərzində yalnız bir oyunda forma geyinib. O, uzun müddətdir milliyə çağırılmırdı.

Qurban Qurbanov ötən tur onun oyununu izləmək üçün köməkçisi Elçin Rəhmanovu Türkiyəyə yollasa da, futbolçu meydana çıxmamışdı. 

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com