“Qazişexir Qaziantep” klubunun qapıçısı Yuri Lodıgin “Trabzonspor”a qarşı oyunda kobud səhvə yol verib.
Epizodun videosunu idman şərhçisi Elvin Kərimov “Twitter” səhifəsində yayımlayıb.
Oyunun 14-cü dəqiqəsində “Trabzonsporun” hücumçusu Aleksandr Serlot pas alaraq Lodıqinlə üzbəüz qalıb. Qapıçı gözlənilmədən tullanaraq topdan yan keçib və Serlot boş qapıya qol vurub.
Oyun “Trabzonspor”un 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyundan sonra azarkeşlər qapıçının hərəkətini qülüş atəşinə tutublar.