Türkiyə milli kosmik sahəni inkişaf etdirməyə hazırdır.
ÇıxışYolu.Com xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı prezident sarayında gənclər təşkilatlarının fəalları qarşısında çıxışı zamanı deyib.
“Türkiyədə kosmik araşdırmalar, xüsusən də kosmosa sputnik buraxılması üzrə təhqiqatlar aparılır. Gələcəkdə biz kosmosa astronavt da göndərə biləcəyik”, – Ərdoğan bildirib.