Türkiyə kuboku: “Qalatasaray” altı qol vurulan qarşılaşmada qalib gəldi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyə kubokunun 1/8 final mərhələsi çərçivəsində “Qalatasaray” 1-ci liqa
təmsilçisi “Bandırmaspor”u qəbul edib.
“Rams Park”da keçirilən oyun meydan sahiblərinin üstünlüyü ilə başa çatıb –
4:2.
26-cı dəqiqədə “Qalatasaray”dan Davinson Sançes matçda hesabı açıb.
10 dəqiqə sonra Halil Dervişoğlu penaltidən fərqi 2-yə yüksəldib. Daha 4
dəqiqə sonra isə Tete penalti qazanaraq hesabı 3-0-a çatdırıb.
Qonaqlar buraxılan qollardan ikisinin əvəzini çıxsalar da, 90+6-cı dəqiqədə
“cim-bom”un yeni transferi Karlos Vinisius komandadakı ilk qolunu vuraraq
hesabı 4-2 edib və matç bu nəticə ilə də yekunlaşıb.
Beləliklə, “Qalatasaray”ın 1/4 finaldakı rəqibi fevralın 12-də keçiriləcək
püşkatmadan sonra müəyyənləşəcək.