5d6dfab7-84e5-4a85-8769-1b368edffab2..jpg

Türkiyə lideri: “Yaxın Şərqdən Qarabağadək axan qanın durması üçün əlimizdən gələni edəcəyik”

Baxış sayı: 592 dəfə baxılıb.

Türkiyə lideri: “Yaxın Şərqdən Qarabağadək axan qanın durması üçün əlimizdən
gələni edəcəyik”

“Yaxın Şərqdən Qarabağadək axan qanın durması üçün əlimizdən gələni edəcəyik”

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ədalət və İnkişaf
Partiyasının IV növbədənkənar qurultayına qatılmaq üçün getdiyi Ankara idman
sarayının qarşısında vətəndaşlara müraciətində deyib.

Onun sözlərinə görə, rəsmi Ankara terroru mənbəyində qurutmaq strategiyasını
davam etdirəcək:

“Biz terrorla mübarizəmizi qərarlı şəkildə həyata keçirəcəyik. Qonşularımızla
və bölgədəki bütün ölkələrlə problemləri dialoq yolu ilə həll edəcəyik. Yaxın
və Orta Şərqdən Qarabağadək axan qanın durması, regionda sabitliyin bərpası
üçün əlimizdən gələni etmişik, bundan sonra da edəcəyik”.

Ərdoğan hazırda İsraillə Fələstin arasında yaşanan gərginliyə də münasibət
bildirib:

“Biz bütün tərəfləri təmkinlə hərəkət etməyə və gərginliyi daha da artıracaq
düşünülməmiş addımlardan çəkinməyə çağırırıq”.

Türkiyə lideri, həmçinin bildirib ki, 2024-cü il martın 31-də keçiriləcək
bələdiyyə seçkilərində də prezident seçkisində olduğu kimi, əllərindən gələni
edəcəklər:

“Xalqımızın bizə göstərdiyi etimadı doğruldacağıq. Son dönəmlərdə ölkəmizin
üzərində oynanan oyunların uğursuzluğa düçar olması üçün prezident seçkisində
əllərindən gələni edən hər bir Türkiyə vətəndaşına, partiyamızın üzvlərinə,
Cümhur İttifaqında fəaliyyət göstərən hər bir qardaşımıza könüldən təşəkkür
edirəm. Zəlzələ səbəbindən yerlə bir olmuş şəhərlərimizi yenidən quracaq, təbii
fəlakətlər səbəbindən yararsız vəziyyətə düşmüş binaları da bərpa edəcəyik”.

Source link