Türkiyə məhkəməsi amerikalı rahibi həbsdə saxladı

Baxış sayı: 2. 734 dəfə baxılıb.

Türkiyə məhkəməsi amerikalı rahibi həbsdə saxladı

Türkiyə məhkəməsi amerikalı rahib Endryu Bransonun apellyasiyasına müsbət cavab verməyib və onu ev dustaqlığında saxlayıb.

Bu barədə ÇıxışYolu.Com “TRT Haber”ə istinadla xəbər verir.

Daha öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, Ankara Bransonun həbsi ilə bağlı mövqeyini dəyişməyəcək.

İyulun 26-da isə ABŞ-ın sözügedən problemlə əlaqədar Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq edəcəyi ehtimalları gündəmə gəlmişdi.

Endryu Branson Türkiyədə 2016-cı ilin payızında saxlanılıb. O, dövlət çevrilişi cəhdində iştirakda şübhəli bilinir.

www.ÇıxışYolu.Com