Türkiyənin “Posta” qəzeti tanınmış azərbaycanlı model Günay Musayeva ilə bağlı maraqlı iddia ortaya atıb.
ÇıxışYolu.Com xəbər verir ki, onlar Günayın stilist Fuad Hacıyevlə sevgili olduğunu yazıb.
Stilisti iş adamı kimi təqdim edən qəzet yazır ki, model yeni bir eşqə başlayıb. Bundan əlavə, xəbərdə Günayın “Instagram”da Fuada yazdığı “Mənim ruh əkizim, səni sevirəm” şərhi qabardılıb.
Bu məqamda bildirək ki, Musayeva ilə bağlı Türkiyə mətbuatı dəfələrlə bu mövzuda xəbərlər yazmış, model yayılan məlumatları təkzib etmişdi. Hətta Günay Fuad Hacıyevlə yaxın dost olduğunu dəfələrlə etiraf edib.
Qeyd edək ki, 2011-2015-ci illərdə aktyor Tolqa Karellə ailəli olan Günayın Cihangir adlı bir oğlu var.