b9ef1ab6-9876-4413-8f2b-c270038d6c67.jpg

Türkiyə Milli Müdafiə Nazirliyi: “Fətullah Gülən vətənsiz öldü”

Baxış sayı: 199 dəfə baxılıb.

“Manqurtlaşdırdığı beyinlərlə əsl Türk millətinin istiqlal və istiqbalına qəsd
edən, dövlətimizə və qəhrəman ordumuza böyük zərər verən FETÖ başçısı ölüb. Bu
xainin “vətənsiz” ölməsi və əbədi olaraq belə xatırlanacaq olması, bu
təşkilatdan zərər çəkən vətəndaşlarımızın ağrılarını azalda bilməsə də,
vətəninə xəyanət edənlərin qaçılmaz sonunu göstərməsi baxımından ibrətamizdir”.

Cixisyolu.com-ın verdiyi məlumata görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin
FETÖ başçısıFətullah Gülənin ölümü
ilə bağlı verdiyi
bəyanatda bildirilib.

Qurumdan, həmçinin hələ də bu təşkilatın əsiri olaraq vətəninə xəyanət
edənlərin dərs almaları lazım olduğu vurğulanıb.

“Başda FETÖ olmaqla, bütün dəyərləri istismar edərək xalqımıza və ölkəmizə
xəyanət edən bütün terror təşkilatları ilə mübarizəmiz kökləri tamamilə
qazılana qədər əzm və qətiyyətlə davam edəcək”, – deyə bəyanatda vurğulanıb.

Source link