Rusiyanın futbol üzrə yığma komandası Türkiyə millisi ilə keçirdiyi yoldaşlıq oyununda bərabərliyə qalıb.
ÇıxışYolu.Com “Sovetskiy sport”a istinadən xəbər verir ki, oyun 1:1 hesabı ilə başa çatıb.
Matçda hesabı 36-cı dəqiqədə “Spartak”ın yarımmüdafiəçisi Aleksandr Samedov açıb. 59-cu dəqiqədə isə türkiyəli forvard Yunus Mallı hesabı bərabərləşdirib.