e0833371-2cf5-4f1a-a5ae-b4b416199671..jpg

Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər

Baxış sayı: 610 dəfə baxılıb.

Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına
keçə bilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən ilin sentyabr ayında Türkiyə millisi ilə yolları ayrılan almaniyalı
mütəxəssis Stefan Kuntzun adı Azərbaycan millisi ilə hallanır.

Bu iddia ilə Almaniya mətbuatı çıxış edib.

İddiada qeyd olunub ki, mütəxəssislə Kanadanın və Azərbaycan milli
komandasının rəhbərliyi danışıqlar aparıb, lakin 61 yaşlı mütəxəssis hələ heç
bir tərəfə yekun qərarını açıqlamayıb.

Bundan əlavə, xəbərdə Almaniyanın “Bavariya” klubunun da mütəxəssisin
xidmətində maraqlı olduğu söylənilir.

Mənbə: Fussballtransfers

Source link