89898dfa-7724-4af5-8d82-61b024f04a8c..jpg

Türkiyə millisinin üzvü İtaliya nəhənginə keçir

Baxış sayı: 864 dəfə baxılıb.

Türkiyə millisinin üzvü İtaliya nəhənginə keçir

“İnter” mövsümün sonunda komandanı tərk edəcək Milan Şkrinyara əvəzləyici
tapıb.

“Nerazzuri” “Atalanta”nın müdafiəçisi Merih Demiralı heyətinə qatmaq istəyir.
Milan təmsilçisi yayda keçidi reallaşdırmaq üçün berqamolularla danışıqlara
indidən start verib. Klub Türkiyə millisinin üzvünün potensialını yüksək
qiymətləndirir və onun Şkrinyarın gedişindən sonra yaranacaq boşluğu doldura
biləcəyinə inanır.

Merih Demiral 2022-ci ilin yayında “Yuventus”dan “Atalanta”ya keçib. 25 yaşlı
mərkəz müdafiəçisi bu mövsüm bütün turnirlərdə 22 oyun keçirib və bir qol vurub.

Mənbə: “La Gazzetta dello Sport”

Source link