Türkiyənin Cumhuriyyət Xalq Partiyası iyunun 24-də ölkədə baş tutacaq prezident seçkilərinə namizədini açıqlayıb. Partiya bu gün keçirilən iclasında Muharrem İncənin namizədliyini irəli sürüb.
ÇıxışYolu.Com xəbər verir ki, 54 yaşlı M.İnce 2014-cü ildən CHP-nin parlament qrupunun sədridir.
O, Yalova vilayətinin parlamentdəki təmsilçisidir.
Bundan öncə, hakim Ədalət və İnkişaf Partiyası hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürmüşdü.
Qeyd edək ki, Ərdoğan iyunun 24-də ölkədə növbədənkənar prezident və parlament seçkilərinin keçiriləcəyini elan edib.