Türkiyə nəhəngləri Rusiya millisinin hücumçusunun izində

Baxış sayı: 2. 401 dəfə baxılıb.

Türkiyə nəhəngləri Rusiya millisinin hücumçusunun izində

Türkiyənin “Qalatasaray” klubu Rusiya millisinin üzvü Artyom Dzyubanı almaq istəyir.

ÇıxışYolu.Com Türkiyənin sporundibi.com saytına istinadən xəbər verir ki, rusiyalı forvardın təmsilçisi artıq danışıqlar üçün İstanbula dəvət edilib.

Bundan başqa, mənbə 29 yaşlı futbolçunun “Beşiktaş”a keçəcəyini də istisna etmir.

Qeyd edək ki, əvvəl Artyom Dzyuba ilə Fransanın “Bordo” klubu maraqlanırdı. Bordo təmsilçisi onu “Zenit”dən icarəyə götürmək istəyirdi.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com