Türkiyə ordusunun martın 31-dən aprelin 6-a kimi Mardin, Tunceli, Diyarbəkir, Şırnak bölgələrində və İraq sərhədində PKK qruplaşmasına qarşı apardığı əməliyyat nəticəsində 108 terrorçu zərərsizləşdirilib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Türkiyə silahlı qüvvələrinin baş qərargahı məlumat yayıb.
Məlumata görə, öldürülmüş terrorçulardan dördü PKK başçılarından olub.
Əməliyyatların gedişində ümumilikdə terrorçulara aid 34 silah, 59 kustar üsulla hazırlanmış partlayıcı qurğu ələ keçirilib.