Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) Afrini tamamilə mühasirəyə alıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə TSQ Baş Qərargahı məlumat yayıb.
TSQ və ASO bu gün Afrin bölgəsinin mərkəzinə doğru yolda son yaşayış məntəqələrini nəzarətə götürüb.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə ordusu Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb
“Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com