Türkiyə Silahlı Qüvvələri (TSQ) ilə Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsinin mərkəzini tam ələ keçirməsinə çox az vaxt və çox az məsafə qalır.
ÇıxışYolu.Com-ın “Anadolu”ya istinadən xəbərinə görə, Afrinin mərkəzinin tam ələ keçirilməsinə 1,5 km məsafə qalır.
Qeyd olunur ki, Afrində terrorçulara qarşı aparılan təmizləmə – “Zeytun budağı” əməliyyatı nəticəsində bölgənin 1100 km-i terrorçulardan təmizlənib.
Məhv edilən PKK, PYD, YPG və İŞİD-çi terrorçuların sayı 3347-yə çatıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son çıxışında Afrinin mərkəzinə hər an girilə biləcəyinin anonsunu verib.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com