FETÖ qruplaşmasına üzv olmaqda şübhəli bilinən daha üç minə yaxın hərbçi Türkiyə ordusunun sıralarından kənarlaşdırılacaq.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Nurəttin Canikli açıqlama verib.
Türkiyədə 16 iyul (2016) hadisələrindən sonra 50 minə yaxın insan həbs olunub, 140 minə yaxın hərbçi təxris edilib və ya vəzifədən kənarlaşdırılıb.
Türkiyə hökuməti Fətullah Güləni dövlət çevrilişinə cəhdi təşkil etməkdə ittiham edir və Vaşinqtondan onun ekstradisiya olunmasını tələb edir.