Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) Afrinin şərqində yerləşən Suriyanın Tel-Rıfat rayonunun terrorçu PKK/YPG-PYD terrorçularından təmizlənməsi məqsədilə antiterror əməliyyatına başlayıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Haberturk.com məlumat yayıb.
Qeyd edək ki, Tel-Rıfat Afrinin 21 km-də yerləşir.
Onu da qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün öncə Tel-Rıfatla bağlı əməliyyatın anonsunu vermişdi.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com