3f94594b-57f0-4e9f-a001-098a65fafb69..jpg

Türkiyə PA: Azərbaycan bayrağının yandırılması vandalizm və kütləvi cahilliyin təzahürüdür

Baxış sayı: 800 dəfə baxılıb.

Türkiyə PA: Azərbaycan bayrağının yandırılması vandalizm və kütləvi cahilliyin
təzahürüdür

Beynəlxalq idman yarışında Azərbaycan bayrağının yandırılması vandalizm və
kütləvi cahilliyin təzahürüdür.

Bu barədə Türkiyə Prezident Administrasiyasından (PA) bildirilib.

Administrasiyadan o da bildirilib ki, bu kimi hallar yolverilməzdir.

“Azərbaycan bayrağının yandırılmasını qınayırıq, bayraq yandırmaq eyni zamanda
açıq nifrət təzahürüdür və inkişaf etməmiş toplumlara xasdır” – deyə PA-dan
bildiriblər.

Xatırladaq ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır
atletika üzrə Avropa çempionatının açılış mərasimində milli nifrət və
düşmənçiliyin salınmasına yönəlmiş nümayişkaranə hərəkətlərlə Azərbaycan
bayrağı yandırılıb.

Baş Prokurorluqda Ermənistanda Azərbaycana qarşı etnik zəmində nifrət və
düşmənçiliyin təcəssümü olan həmin faktla bağlı Baş Prokurorluğun İstintaq
idarəsində Cinayət Məcəlləsinin 12.2, 283.2.1 (zor tətbiq edilməklə milli
nifrət və düşmənçiliyin salınması), 12.2, 283.2.2 (qulluq mövqeyindən istifadə
etməklə milli nifrət və düşmənçiliyin salınması) və 12.2, 324-cü (Azərbaycan
Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər) maddələri ilə
cinayət işi başlanıb.

Mənbə: TurkicWorld

Source link