Türkiyə Böyük Millət Məclisi ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı bəyanatını kəskin şəkildə qınayan bəyanat qəbul edib.
“Haber Global”ın məlumatına görə, bəyanatda ABŞ prezidentinin bu addımının təəssüf doğurduğu qeyd olunub.
“Türkiyə Böyük Millət Məclisi olaraq ABŞ Prezidenti Co Baydenin 24 aprel 2021-ci il tarixli çıxışında 1915-ci il hadisələri ilə əlaqədar erməni lobbisinin iddialarını ehtiva edən tezislərdən istifadə etməsini böyük təəssüf hissilə qarşılayır, bu əsassız böhtanı ən sərt şəkildə şəkildə qınayır və qəti olaraq rədd edirik”, – deyə bəyanatda bildirilib.
Sənədi Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyətçi Hərəkət Partiyası və İYİ Partiyanın millət vəkilləri imzalayıb.