Türkiyə “Patriot” silahlarını almaq üçün danışıqlara başladı

Baxış sayı: 4. 524 dəfə baxılıb.

Türkiyə “Patriot” silahlarını almaq üçün danışıqlara başladı

Türkiyə nümayəndə heyəti Vaşinqtonda ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemlərinin  alınması barədə danışıqlara başlayıb.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib:

 “Amerika bizim təxminən 2 il öncə “Patriot” məsələsi ilə bağlı göndərdiyimiz son məktuba müsbət reaksiya verib və danışıqlar başalyıb”.

O əlavə edib ki, ABŞ-la danışıqlar uğursuz alınsa, Türkiyə digər variantlara da nəzər sala bilər.

“Bizə hava hücumundan müdafiə sistemi lazımdır. Ətrafımızda ciddi təhlükələr var. Əgər, müttəfiqimiz NATO və ABŞ bizi təmin etməsə, biz bu silahların Rusiyadan alınması məsələsini gözdən keçirəcəyik”.