Antalya şəhərinin poliqonunda 100 kişi həmkarına atəş üzrə təlim keçən zabit Nisa Aydını Türkiyənin “Lara Kroftu” adlandırırlar.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Anadolu” xəbər agentliyi məlumat yayıb.
Yüksək sərrastlıq bacarığı ilə hər kəsi heyran qoyan Aydın, uzaq məsafədən sabit və hərəkətdə olan hədəfləri sözün əsl mənasında gözü bağlı şəkildə vurur.
Kırkkale qəsəbəsində 6 uşaqlı ailənin sonbeşiyi olan Nisa Aydın litseyi bitirdikdən sonra polis akademiyasına daxil olmağı arzulasa da, əvvəl anasının insultdan, 38 gün sonra isə atasının ürək tutmasından dünyasını dəyişməsi onun bu planlarını pozub.
Ancaq bir neçə il sonra böyük qardaşlarının dəstəyi ilə 1999-cu ildə Trabzon polis akademiyasına daxil ola bilib. Atıcılıq üzrə ölkədə keçirilən çempionatların ikiqat qalibidir.
Sivasda doqquz il polis kimi xidmət göstərən “Lara Kroft” hazırda həmkarlarına atıcılıq üzrə nəzəri və praktiki təlimlər keçir.