Mayın 1-dən etibarən Türkiyədə yetişdirilən pomidorların Rusiyaya idxalı ilə bağlı məhdudiyyət aradan qaldırılıb.
ÇıxışYolu.Com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda “Rosselxoznadzor” müvafiq sərəncam verib.
Artıq Türkiyədə yetişdirilən bütün pomidor növlərinin Rusiya bazarlarına tədarükünə icazə verilib. Yeganə şərt məhsulların fito-sanitar tələblərə cavab verməsi, başlıca olaraq göndərilən mallarda “pomidor güvəsinin” olmamasıdır.
Türkiyənin Egey bölgəsinin meyvə-tərəvəz ixracatçıları assosiasiyasının başçısı Hayrettin Uçak, məhdudiyyətin götürülməsinin Türkiyəli fermerləri və ixracatçıları çox sevindirdiyini bildirib.
“Bu gündən etibarən Rusiyada yeni istehlakçıların və bazarların axtarışı ilə bağlı səylərimizi işə salacağıq. Bu Türkiyəyə valyuta axınını artırmağa kömək edəcək”, – deyə Uçak bildirib.