dfd675d7-a08e-4b70-8670-2d04198d3ef4..jpg

Türkiyə prezidenti ABŞ dövlət katibi ilə görüşür – YENİLƏNİB + FOTO

Baxış sayı: 505 dəfə baxılıb.

Türkiyə prezidenti ABŞ dövlət katibi ilə görüşür – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Atoni Blinkenlə
görüşür.

ABŞ dövlət katibi Atoni Blinken görüşdən əvvəl Türkiyənin xarici işlər naziri
Hakan Fidanla görüşüb.

İstanbuldakı Vahdettin Köşkündə keçirilən görüş mətbuata qapalı keçirilir.

Mənbə: trthaber

14:04

İstanbulda Türkiyə xarici işlər naziri Hakan Fidan ilə ABŞ Dövlət katibi
Antoni Blinken arasında görüş başlayıb.

Hakan Fidan ilə Antoni Blinken arasında Vahdettin Köşkündə baş tutan görüşdən
sonra Blinkenin Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcəyi
gözlənilir.

Qeyd edək ki, ABŞ dövlət katibi İsrailin Qəzzaya hücumlarının başladığı 7
oktyabrdan bu yana dördüncü dəfədir ki, bölgəyə səfər edir. Bu tur çərçivəsində
İstanbula gələn Blinkenin oradan Yunanıstana gedəcəyi nəzərdə tutulur.

Blinken Yunanıstandan sonra İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri,
Səudiyyə Ərəbistanı, İsrail, Fələstin və Misirə də səfər edərək danışıqlar
aparacaq.

Mənbə: TRT Haber

Source link