Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümüdür. Bununla bağlı Azərbaycan xalqını təbrik etmək istəyirəm. 2018-ci ildə Qafqaz İslam Ordusunun yad edilməsi ilə bağlı tədbirlər keçiriləcək.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə birgə Ankarada keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan sərhədlərinin müəyyən edilməsi yolunda Qafqaz İslam Ordusu da iştirak edib:
“Bu il ərzində Qafqaz İslam Ordusunun fəaliyyəti ilə bağlı silsilə tədbirlər keçiriləcək”.