2285fdae-9740-4d3b-a8b4-70f502b3bd63..jpg

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan YAP-ın nümayəndə heyətini qəbul edib

Baxış sayı: 790 dəfə baxılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan YAP-ın nümayəndə heyətini qəbul edib

Türkiyə Respublikasının Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AK
Parti) Sədri Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Yeni Azərbaycan
Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun
rəhbərlik etdiyi nümayəndə heyətini partiyasının mərkəzi qərargahında qəbul
edib.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC

-a bildiriblər ki, Rəcəb Tayyib Ərdoğan iki qardaş ölkə arasında münasibətlərin
nümunəvi xarakter daşıdığını və uğurla inkişaf etdiyini söyləyib.

O, Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Türkiyəyə səfərinin mühüm
mənəvi və siyasi əhəmiyyətə malik olduğunu, dostluq və qardaşlıq örnəyi kimi
minnətdarlıq doğurduğunu bildirib.

Rəcəb Tayyib Ərdoğan baş vermiş təbii fəlakətin nəticələrinin aradan
qaldırılması istiqamətində göstərdiyi qardaş dəstəyinə görə Azərbaycan
dövlətinə və Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib.

Səmimi qəbula görə minnətdarlığını bildirən YAP Sədrinin müavini – Mərkəzi
Aparatın rəhbəri Tahir Budaqov tarixi köklərə və ortaq dəyərlərə əsaslanan
Azərbaycan-Türkiyə münasibətlərinin hər iki ölkənin liderlərinin məqsədyönlü
siyasəti nəticəsində strateji müttəfiqlik zirvəsinə yüksəldiyini söyləyib.

Azərbaycan ilə Türkiyənin hər zaman bir-birinin yanında olduğunu vurğulayan
YAP Sədrinin müavini qardaş ölkənin zəlzələnin yaratdığı ağır fəsadları
tezliklə aradan qaldıracağına əminliyini ifadə edib. İki ölkənin hakim
partiyaları arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə
çatdıran YAP Sədrinin müavini qarşıdan gələn seçkilərdə Rəcəb Tayyib Ərdoğana
rəhbərlik etdiyi nümayəndə heyəti adından uğurlar arzulayıb.

Source link