Türkiyə Qarabağ üçün günəş panelləri istehsal edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qarabağ bölgəsində günəş enerjisi Türkiyənin mühəndislik və enerji şirkəti
“Solitek” tərəfindən istehsal olunan panellər vasitəsilə toplanacaq və
saxlanılacaq.
Adanada yerləşən şirkət Qarabağ bölgəsinin kənd yerlərinin günəş enerjisinə
olan tələbatını ödəmək üçün baza stansiyalarında istifadə edilmək məqsədilə
Azərbaycana enerji saxlama panelləri və avtomatlaşdırma proqramları ixrac edir.
Tərkibində litium-dəmir fosfat batareyaları olan panel günəşli havada toplanan
enerjinin istifadə olunmamış hissəsini saxlayacaq və gecələr baza stansiyasını
enerji ilə təmin edəcək.
Təxminən 2,5 ay əvvəl tenderdə qalib gələn “Solitek” artıq Azərbaycan üçün
nəzərdə tutulan 33 panel və avtomatlaşdırma sistemindən 25-nin istehsalını başa
çatdırıb və onları ölkəmizə göndərib.
Mənbə: Anadolu