Türkiyə Qaşıqçının qətlinin sübutlarını təqdim edəcək

Baxış sayı: 1. 860 dəfə baxılıb.

Türkiyə Qaşıqçının qətlinin sübutlarını təqdim edəcək

Türkiyənin Ədalət və İnkişaf partiyası sədrinin müavini Numan Kurtulmuş səudiyyəli jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda yoxa çıxması ilə əlaqədar aparılan araşdırmanı şərh edib.

ÇıxışYolu.Com xəbər verir ki, Kurtulmuş Türkiyənin heç zaman Qaşıqçının qətlində müqəssirləri və sübutları gizlətməyəcəyini bəyan edib:

“Səudiyyə Ərəbistanı administrasiyası, günahı sübut olunacağı təqdirdə, yaxasını kənara çəkə bilməyəcək”.

Kurtulmuşun sözlərinə görə, Türkiyə hökuməti Qaşıqçının qətlinin sübutlarını bütün dünyaya təqdim edəcək. O bildirib ki, istintaq artıq başa çatmaq üzrədir.

www.ÇıxışYolu.Com