4ca16d74-9b6c-4770-a490-448ba60e5c06..jpg

Türkiyə qazının Macarıstana çatdırılacağı tarix açıqlandı

Baxış sayı: 497 dəfə baxılıb.

Türkiyə qazının Macarıstana çatdırılacağı tarix açıqlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Macarıstan aprelin 1-dən Türkiyə təbii qazını almağa başlayacaq.

Bu ölkə Ankaranın qonşuları xaricində Türkiyə qazını ixrac edən ilk dövlət
olacaq. Məlumatı Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri
Peter Siyarto Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar
ilə Soçidə keçirilən “Atomexpo-2024” beynəlxalq forumunda keçirilən
danışıqlardan sonra açıqlayıb.

O xatırladıb ki, Macarıstan və Türkiyə 2024-cü ildə 275 milyon kubmetr qaz
tədarükü haqqında müqavilə imzalayıb.

XİN rəhbəri bunu “Macarıstan-Türkiyə enerji əməkdaşlığı üçün tarixi gün”
adlandırıb.

Mənbə: TASS

Source link