43fd21c8-e457-45cc-b78c-0f3626b96735..jpg

Türkiyə rəsmi olaraq İsveçin NATO-ya üzvlüyünü təsdiq edib

Baxış sayı: 613 dəfə baxılıb.

Türkiyə rəsmi olaraq İsveçin NATO-ya üzvlüyünü təsdiq edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə rəsmi olaraq İsveçin NATO-ya üzvlüyünü təsdiq edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdən sonra sənədi ratifikasiya
edib.

Müvafiq qanunun mətni rəsmi hökumət nəşri “Resmi Gazete”də dərc olunub.

Bundan əvvəl yanvarın 24-də Türkiyə Böyük Millət Məclisi İsveçin NATO-ya üzv
olmaq barədə müraciətinə baxıb. Gündəliyə daxil edilən məsələnin təsdiqi üçün
səsvermədə iştirak edən deputatların səs çoxluğu kifayət edib.

Hazırda parlamenti İsveçin üzvlük ərizəsini hələ ratifikasiya etməyən yeganə
NATO-ya üzv ölkə Macarıstan olaraq qalır.

Source link