95b9f15c-9cda-4bbc-b49d-e4b12ce88f29..jpg

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Baxış sayı: 280 dəfə baxılıb.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aprelin 9-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan
Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevə zəng edib.

President.az -ın məlumatına görə,
Türkiyə Prezidenti dövlətimizin başçısını Ramazan bayramı münasibətilə təbrik
edib, xalqımıza firavanlıq arzularını çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını
bildirərək öz növbəsində Rəcəb Tayyib Ərdoğanı bayram münasibətilə təbrik edib,
Türkiyə xalqına əmin-amanlıq arzulayıb.

Dövlət başçıları telefon söhbəti zamanı Azərbaycan-Türkiyə dostluq, qardaşlıq
və müttəfiqlik əlaqələrinin gələcəkdə də bütün sahələrdə inkişaf edəcəyinə və
möhkəmlənəcəyinə əminliklərini bildiriblər, əməkdaşlığımızın perspektivləri ilə
bağlı fikir mübadiləsi aparıblar.

Source link