d88409ce-31d4-47b1-bf08-9a1b7bafc993..jpg

Türkiyə, Rusiya və Suriya arasında üçtərəfli danışıqlar aparılacaq

Baxış sayı: 1. 007 dəfə baxılıb.

Türkiyə, Rusiya və Suriya arasında üçtərəfli danışıqlar aparılacaq

Türkiyə, Rusiya və Suriyanın hərbi nümayəndə heyətləri yaxın vaxtlarda texniki
səviyyədə danışıqlar aparacaq.

Bu barədə cümə axşamı Türkiyə müdafiə naziri Hulusi Akar məlumat verib.

“Yaxın günlərdə nümayəndə heyətlərimiz texniki səviyyədə danışıqlar aparacaq.
Nəticə əldə etmək üçün səy göstəririk”, – deyə nazir “Twitter” səhifəsində
yazıb.

Qeyd edək ki, 2022-ci il dekabrın 28-də Moskvada Ankara ilə Dəməşq arasında
münasibətlərin normallaşdırılması prosesi çərçivəsində Rusiya, Suriya və
Türkiyənin müdafiə nazirləri arasında məsləhətləşmələr keçirilib. Çox güman ki,
fevralın birinci yarısında üç dövlətin xarici işlər nazirlərinin görüşü
keçiriləcək və gündəliyə Suriya və Türkiyə prezidentləri Bəşər Əsəd və Rəcəb
Tayyib Ərdoğan arasında danışıqlar məsələsi də daxil olacaq.

Source link