Türkiyə Rusiyaya yeni il bayramı zamanı törədiləcək terror aktının qarşısını almağa kömək edən məlumat təqdim edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov bildirib.
“Hamınızın bildiyi kimi, Rusiya-ABŞ münasibətləri öz tarixində indi heç də yaxşı dövr yaşamır, keçən il ABŞ Rusiyanı Sankt-Peterburqda yeni il şənlikləri zamanı hazırlanan terror aktı barədə vaxtında xəbərdar etdi.
Elə həmin vaxt türk tərəfdaşlarından əldə olunan məlumat sayəsində daha bir hücumun qarşısı alındı… Bu, terrorizmlə mübarizə sahəsində məsuliyyətli əməkdaşlığa misaldır”, – Bortnikov təhlükəsizlik üzrə keçirilən Moskva konfransında bildirib.