Türkiyə ordusunun əsgəri İraqın şimalındakı antiterror əməliyyatı zamanı şəhid olub.
Bu haqda Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Hərbçi Yasin Özdamar “Pençe-Yıldırım” antiterror əməliyyatı zamanı PKK terrorçularının hücumuna məruz qalıb.
Türkiyənin müdafiə naziri Hulusi Akar Y. Özdamarın ailəsinə başsağlığı verib.