Türkiyə sanksiyalardan qorxmadı: S-400-dən imtina etməyəcək

Baxış sayı: 2. 012 dəfə baxılıb.

Türkiyə sanksiyalardan qorxmadı: S-400-dən imtina etməyəcək

Türkiyə ABŞ tərəfinin təhdidlərinə baxmayaraq, Rusiyadan aldığı  S-400 zenit-raket komplekslərini istifadə etmək niyyətindədir.

RİA “Novosti”nin məlumatına əsasən, bu barədə Müdafiə Sənayesi Katibliyinin rəhbəri İsmayıl Dəmir bildirib.

“S-400-ü alıb istifadə etməmək məntiqli deyil. İstismara rusiyalı heyət cəlb edilməyəcək, bu sistemlər NATO üçün təhlükə daşımır”, – deyə o, “CNN Turk” telekanalının efirində bildirib.

O əlavə edib ki, Türkiyə ABŞ-la ziddiyyəti aradan qaldırmaq üçün Amerikanın “Patriot” kompleksini özünə əlverişli şərtlər daxilində almağa və Rusiyanın ZRK ilə yanaşı istifadə etməyə hazırdır.

Xatırladaq ki, ABŞ-ın xarici işlər üzrə senat komitəsinin rəhbəri Cim Riş rəsmi Ankaranın qısa müddət ərzində Rusiyanın S-400-nə dair qərar qəbul etdiyi təqdirdə, Amerika senatorlarının Türkiyəyə qarşı sanksiya layihəsini geri götürəcəyini bildirmişdi.