Türkiyə Rusiyadan Su-35 təyyarələrini almaq niyyətində deyil.
TASS xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hülusi Akar bildirib.
Nazirin sözlərinə görə, Türkiyə F-35 təyyarələrinin yaradılması proqramında ABŞ ilə tərəfdaş olaraq qalır.
Beləliklə, Akar Rusiya təyyarələrinin alınması haqqında şayiələri təkzib edib.