b621d739-01ff-4f61-b56b-894af4bd8928..jpg

Türkiyə Super Liqası: “Beşiktaş” səfərdə məğlub oldu – VİDEO

Baxış sayı: 505 dəfə baxılıb.

Türkiyə Super Liqası: “Beşiktaş” səfərdə məğlub oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Super Liqasının XXIII turunda “Beşiktaş” səfərdə “Sivasspor”un qonağı
olub.

Cixisyolu.com xəbər verir ki, qarşılaşma meydan sahiblərinin qələbəsi ilə nəticələnib
1:0.

Görüşdə yeganə qolu 6-cı dəqiqədə R.Manaj vurub. Sərt məcrada keçən
qarşılaşmada baş hakim ümumilikdə 12 dəfə əlini cibinə atıb. Bu vərəqələrdən
11-i sarı, biri isə qırmızı olub. “Sivasspor”un baş məşqçisi B.Uygun qırmızı
vərəqə görüb.

Qələbə sayəsində “Sivasspor” 29 xalla 11-ci pilləyə yüksəlib. 36 xalı olan
“Beşiktaş” isə dördüncü pillədə qərarlaşıb.

Source link