4e086196-0bf7-46c5-ab22-ef48afec93b0..jpg

Türkiyə Super Liqası: “Qalatasaray” autsayderdən üç xal alaraq lider “Fənərbağça”ya çatdı – VİDEO

Baxış sayı: 520 dəfə baxılıb.

Türkiyə Super Liqası: “Qalatasaray” autsayderdən üç xal alaraq lider
“Fənərbağça”ya çatdı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Super Liqasının 22-ci turunda son çempion “Qalatasaray” autsayder
“İstanbulspor”u qəbul edib.

Görüşdə hesabı qonaqlar açsa da, sonda sevinən tərəf ev sahibləri olublar.

28-ci dəqiqədə Sambissa oyundakı ilk qolun müəllifi olmaqla “İstanbulspor”u
önə keçirib. Lakin 36-cı dəqiqədə penaltidən fərqlənən Aktüroğlu, 79-cu
dəqiqədə “cim-bom”u hesabda irəli çıxaran qola imza atıb. 89-cu dəqiqədə
“İstanbulspor” azlıqda qalıb. Bundan yararlanan “Qalatasaray” isə fərqi
artırıb. İkardi penaltini dəqiq yerinə yetirərək oyunda yekun hesabı müəyyən
edib – 3:1.

Hazırda “aslanlar” 57 xalla turnur cədvəlində lider “Fənərbağça”dan sonra
ikinci pillədədirlər. Rəqibləri yalnız topların nisbəti ayırır. “İstanbulspor”
isə cəmi 10 xalla sonuncu – 20-ci yerdədir.

Source link