Türkiyə Super Liqasında qalmaqal: Futbol klubunun prezidenti hakimi döydü –
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyə Super Liqasının 15-ci turu çərçivəsində keçirilən “Ankaragücü” –
“Çaykur Rizəspor” matçından sonra böyük qalmaqal yaşanıb.
“Ankaragücü” oyunun əsas vaxtında 1-0 öndə olsa da, 90+7-ci dəqiqədə rəqibin
qol vurmasının qarşısını ala bilməyib və matç 1:1 hesablı bərabərliklə
yekunlaşıb. Oyun zamanı hakim “Ankaragücü”nün futbolçusu Ali Sounun qolunu
saymayıb. İkinci hissədə isə onu meydandan qovub.
Qarşılaşmanın final fitindən sonra “Ankaragücü”nün prezidenti Faruk Koca
meydana daxil olaraq matçın baş hakimi Halil Umut Meleri yumruqlayıb. Hücumdan
sonra hakimin sol gözü göyərib. Kocanın yanında olan iki nəfər isə Meler yerdə
ikən onun başına və kürəyinə təpiklər vurublar.
Hakim matçdan sonra xəstəxanaya aparılıb. Türkiyə Futbol Federasiyasının İdarə
Heyəti insidentlə bağlı növbədənkənar iclas keçirməyə qərar verib.
Mənbə: Haber Global