Türkiyə Superliqasının 9-cu turu çərçivəsində “Antalyaspor” “Qalatasaray”ı
qəbul edib.
Cixisyolu.com xəbər verir ki, Antalya stadionunda baş tutmuş matçı baş hakim Ali
Sansalan idarə edib.
Matçda hesab erkən açılıb. 10-cu dəqiqədə argentinalı hücumçu Mauro İkardi
Mertensin dəqiq ötürməsini qola çevirib. İkinci hissədə də “sarı-qırmızılar”
üstünlüklərini davam etdiriblər. Belə ki, 52-ci dəqiqədə Yunus Akgünün
ötürməsindən sonra 31 yaşlı İkardi dubla imza atıb. Əlavə edilmiş ikinci
dəqiqədə isə nigeriyalı Viktor Osimhen matçda son nöqtəni qoyub – 0:3.
Beləliklə, “Qalatasaray” doqquz oyundan sonra 25 xalla turnir cədvəlinə
başçılıq edir. “Cimbom”un ən yaxın təqibçisi “Samsunspor”dur – 18 xal.
“Antalyaspor” isə cəmi səkkiz xal toplaya bilib.