796645ff-822c-4596-8d27-56085178139b..jpg

Türkiyə Superliqasında əcnəbi VAR hakimlərinin xidmətindən istifadə olunacaq

Baxış sayı: 292 dəfə baxılıb.

Türkiyə Superliqasında əcnəbi VAR hakimlərinin xidmətindən istifadə olunacaq
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Superliqasının XXXII turundan mövsümün sonuna qədər vacib oyunlarda
əcnəbi VAR (Video Yardımçı Hakim sistemi) hakimlərinin xidmətindən istifadə
olunacaq.

Bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.

TFF-nin İtaliya, İspaniya, Almaniya, Niderland ve Portuqaliya futbol
federasiyalarına bununla bağlı müraciəti müsbət cavablandırılıb.

XXXII turun “Ankaragücü” – “Qaziantep”, “Fatih Karagümrük” – “Fənərbağça” və
“Alanyaspor” – “Qalatasaray” görüşlərinə əcnəbi VAR hakimləri dəvət olunacaqlar.

Mənbə: Haber Global

Source link