ca3a6863-03aa-4735-b0ce-9278fd8c5404..jpg

Türkiyə Superliqasında İstanbul derbisi: “Fənərbağça” “Qalatasaray”ı qəbul edəcək

Baxış sayı: 412 dəfə baxılıb.

Türkiyə Superliqasında İstanbul derbisi: “Fənərbağça” “Qalatasaray”ı qəbul
edəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Türkiyə Superliqasında XVIII turun mərkəzi oyunu keçiriləcək.

Cixisyolu.com xəbər verir ki, İstanbul derbisində “Fənərbağça” “Qalatasaray”ı qəbul
edəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Matçı baş hakim Arda
Kardeşlər idarə edəcək.

Hazırda 43 xala malik komandalar turnir cədvəlində 1-2-ci yerləri bölüşürlər.
“Fənərbağça” yalnız top fərqinə görə ilk sırada qərarlaşıb.

Qeyd edək ki, bu, tərəflərin Superliqada 133-cü dueli olacaq. İndiyədək
derbilərin tarixində 52 dəfə hazırkı meydan sahibləri, 37 dəfə isə
“sarı-qırmızılar” qələbə qazanıb. Digər görüşlərdə isə heç-heçə qeydə alınıb.

Source link