76581c51-25c8-475c-bb07-814736dfbf2b..jpg

Türkiyə Superliqasında son illərin ən maraqlı yay transfer mövsümündə rekord məbləğ xərclənib

Baxış sayı: 540 dəfə baxılıb.

Türkiyə Superliqasında son illərin ən maraqlı yay transfer mövsümündə rekord
məbləğ xərclənib

Türkiyə Superliqasında son illərin ən maraqlı yay transfer mövsümü başa çatıb.
Əzəli rəqiblərin bir-birinə qarşı mübarizə apardığı bu yarışda rekordlar
bir-birini izləyib. 81 gündə klublar əvvəlki illərlə müqayisədə daha çox pul
qazanıblar.

Belə ki, 20 komanda yayda 267 oyunçunun keçidini rəsmiləşdirib. Bunun üçün
ümumilikdə 147,1 milyon avro xərclənib. Bu isə liqa tarixində ən çox transfer
xərcinin yaşandığı dövr olub.

Yay transfer dönəminin ən bahalı transferini “Fənərbağça” həyata keçirib:
Fransanın “Marsel” klubuna Cengiz Ünder üçün 15 milyon avro ödəyib.

Klublar tərəfindən həyata keçirilən transferlərə yaş baxımından nəzər saldıqda
23-30 yaş arasında olanlara önəm verildiyi və bu müddətdə heyətlərə 182
futbolçunun qoşulduğu görünür. 23 yaşa qədər 55 futbolçu cəlb olunduğu halda,
30 yaşdan yuxarı futbolçuların sayı 46 olub.

Mənbə: Sabah

Source link