Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri Ümit Yalçın Suriyanın hazırda terrorçuların nəzarəti altında olan Menbiç əyaləti ilə bağlı məsələsini müzakirə etmək üçün martın 30-da ABŞ-a səfər edəcək.
ÇıxışYolu.Com-ın “Sözcü”yə istinadən xəbərinə görə, o, ABŞ dövlət katibinin müavini Con C. Sullivanla görüşəcək.
Qeyd edək ki, martın 19-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ-a səfəri nəzərdə tutulmuşdu. Ancaq dövlət katibi Reks Tillersonun istefaya göndərilməsi bu səfərin təxirə salınmasına səbəb olmuşdu.
Qeyd edək ki, Menbiçə hazırda ABŞ hərbçiləri və terrorçu PKK/YPG-PYD nəzarət edir.
Rəsmi Ankara həmin əraziyə girəcəyini bildirir, Vaşinqton isə terrorçuların Menbiçdən çıxarılmasını tələb edir.