Türkiyə və Azərbaycan arasında Türkmənistan qazı ilə bağlı razılıq əldə edildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Türkmənistan təbii qazının Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə
çatdırılması ilə bağlı razılığa gəldik”.
Bu sözləri Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar
Türkiyə-Azərbaycan Təbii Qaz Sahəsində Əməkdaşlıq Sazişi ilə bağlı keçirilən
mətbuat konfransında çıxışı zamanı deyib.
Alparslan Bayraktar və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov
arasında İstanbulda görüş baş tutub. Türkiyə-Azərbaycan Təbii Qaz Sahəsində
Əməkdaşlıq Sazişi ilə bağlı keçirilən mətbuat konfransında danışan Türkiyənin
enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Türkmənistan qazı ilə
bağlı açıqlamalar verib.
“Bu qış Naxçıvanın təbii qazı Türkiyə üzərindən tədarük ediləcək. Ən qısa
zamanda bu xətti (İğdır-Naxçıvan) istifadəyə verməyi planlaşdırırıq. Birlikdə
bir çox layihələr həyata keçiririk. Bu razılaşma ilə əlaqələrimiz fərqli bir
mərhələyə keçir. TANAP-da (Trans Anadolu Təbii Qaz Boru Kəməri Layihəsi) və
Cənubi Qafqazda potensial artacaq”, – deyə o, bildirib.
Mənbə: Türkiye Gazetesi