1a003ef1-8662-41f5-9136-2f1b92d92d8b.webp

Türkiyə və Rusiya gələn il beynəlxalq qaz mərkəzi yaradacaq

Baxış sayı: 172 dəfə baxılıb.

2025-ci ildə İstanbulda beynəlxalq qaz mərkəzi layihəsi çərçivəsində qaz
ticarəti mərkəzi yaradılacaq. Layihə Türkiyənin “Botaş” şirkəti və Rusiyanın
qaz nəhəngi “Qazprom”la tərəfdaşlıq çərçivəsində həyata keçiriləcək.

Cixisyolu.com “Milliyet”ə istinadən bildirir ki, bu barədə Türkiyənin energetika
naziri Alparslan Bayraktar məlumat verib.

“2025-ci il ərzində İstanbul Maliyyə Mərkəzində ticarət platformasını idarə
edəcək güclü infrastruktur yaradacağıq. Tərəflərə anlaşma memorandumu
göndərmişik”, – deyə Bayraktar vurğulayıb. O, həmçinin qeyd edib ki, Rusiya
Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana “Qazprom”a
müvafiq göstərişlər verməyə hazır olduğunu təsdiqləyib.

Yeni qaz mərkəzinin əsas xüsusiyyəti qaz qiymətini müəyyən edəcək İstanbul qaz
indeksi olacaq. “İndi Rusiya öz qazını satanda deyəcək: “Mən bu qazı İstanbul
qaz indeksi formulu ilə satıram”, – deyə türkiyəli nazir izah edib.

Source link