d53dca9b-c526-454f-8296-b3082e521ab6..jpg

Türkiyə vətəndaşının idarə etdiyi avtomobil Gəncədə ağaca çırpılıb – FOTO

Baxış sayı: 336 dəfə baxılıb.

Türkiyə vətəndaşının idarə etdiyi avtomobil Gəncədə ağaca çırpılıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Report”un Qərb bürosunun məlumatına görə, şəhərin Ozan küçəsində Türkiyə
vətəndaşı olan Ozan Alkanın idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil
idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobilə zərər dəyib.

Sürücünün sözlərinə görə, yolda olan çuxur qəzaya səbəb olub. Belə ki,
avtomobil çuxura düşdükdən sonra təkəri partlayıb və nəqliyyat vasitəsi
idarəetmədən çıxıb.

Qeyd edək ki, O.Alkan Gəncə şəhərində olan ali məktəblərdən birinin
tələbəsidir.

Faktla bağlı araşdırma aparılır.

Source link