554d0a57-60c6-4415-af45-eba816ba295a..jpg

Türkiyə XİN: “Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşma sülh sazişi üçün mühüm addımdır”

Baxış sayı: 459 dəfə baxılıb.

Türkiyə XİN: “Azərbaycanla Ermənistan arasında əldə olunan razılaşma sülh
sazişi üçün mühüm addımdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət
sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının 2024-cü il aprelin 19-da
keçirilən iclasında 30 ildir işğal altında olan dörd kəndin Azərbaycana
qaytarılması və delimitasiya işlərinin davam etdirilməsi ilə bağlı əldə olunan
razılaşmanı alqışlayırıq”.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan və Ermənistan
sərhəd komissiyaları arasında əldə olunan razılaşma ilə bağlı verdiyi
açıqlamada bildirilib.

“Birbaşa danışıqlar yolu ilə əldə edilən bu müsbət irəliləyiş yekun sülh
sazişinin imzalanması istiqamətində mühüm addımdır”, – deyə nazirliyin
açıqlamasında vurğulanıb.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin
delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə
Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd
təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş
zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan dörd kəndinin Azərbaycana
qaytarılması barədə razılıq əldə edilib.

Source link